Məlumat tipləri (DataTypes) dəyişənlərdə saxlanıla bılən müxtəlif
ölçüləri və dəyərləri müəyyən edir. Javada 2 qrupa ayrılırlar:
- Primitiv tiplər: boolean, char, byte, short, int, long, float ve double.
- Primitiv olmayan - referans tipləri: Class-lar, Interfeyslər, və Massivlər.
x = 5
burada x dəyişəndir və özündə 5
dəyərini saxlayır.
int - tam ədədlər üçün istifadə olunur (həmçinin byte, short və long).
float və double - kəsr ədədləri saxlayır. Kəsrlər üçün susmaya görə Javada tip double təyin edilib. float tipində dəyər saxlayan dəyişənə kəsr dəyəri mənimsətmək üçün biz float-a casting etməliyik.
float f = 0.5f; və ya float f = (float) 0.5;
double üçün yaddaş float-dan çox ayrıldığına görə float-dan double-a itki olmur, amma öncədən double olub da sonra float-a casting edilən dəyərdə itki ola bilər. Bu float-ın maksimal dəyər limitini keçdikcə baş verir.
char özündə 1 simvol
saxlayır. ' ' - dəyəri işarə arasında yazılmalıdır.
boolean b = 5>4; - ozunde true ve ya false saxlayir. boolean b = true;
Tip - eslinde yaddasda yer ayrilmasi demekdir.
Növləri
- boolean data type
- byte data type
- char data type
- short data type
- int data type
- long data type
- float data type
- double data type
|
Məlumatın tipi (Data type) |
Susmaya görə dəyər (Default Value) |
Susmaya görə yaddaşda ayrılan yer (Default size) |
|
boolean |
false |
1 bit |
|
char |
'\u0000' |
2 bayt |
|
byte |
0 |
1 bayt |
|
short |
0 |
2 bayt |
|
int |
0 |
4 bayt |
|
long |
0L |
8 bayt |
|
float |
0.0f |
4 bayt |
|
double |
0.0d |
8 bayt |
No comments:
Post a Comment