1)Jdk - nin rolu nədir?
PC-də JDK-ya daxil olsaq, 2 hissəni: - bin və jre-ni görərik.
jdk-da yerləşən bin-də java və javac var. CMD-də javac yazaraq, java faylını ilk olaraq class faylına (bytecod-a) çeviririk sonra isə class-ı java ilə icra edirik.
jdk\ jre-də yerləşən bin-də təkcə java var.
Yazdığımız Proqramı -
main.java faylını sağ klik RUN edəndə Netbeans -> jdk\bin\javac-ı çağırır və deyir ki, myFirstApp.java adlı faylim var, bu faylın içindəki kodlar
insanın oxuyub başa düşə biləcəyi dildədir (javac - java compiler
deməkdir). Bu zaman javac myFirstApp.java adlı faylı Compile edir. Compile
- insan dilində başa düşülən kodu kompüterin (maşın dilinə) başa düşə biləcəyi dilə çevirir. myFirstApp.java faylı çevrildikdən sonra
myFirstApp.class olur. Compile edildikdə *.java faylı bytecode-a
çevrilir və *.class genişlənməsi olur. Sonra Netbeans İDE artıq maşın dilinə çevrilmiş *.class faylındakı kodları icra etməsi üçün jdk\bin\java-ni
çağırır.
JVM *.class faylını yəni ki, bytecode-ları oxuyur
ve ƏS-ə komanda verir (Məsələn: ekranda Hello World yazısının çap edilməsi). Yəni ki, JVM baytkodlara əsasən ƏS-ə icra etməsi üçün komandalar verir.
MacOS-da isə özünün javac , jvm-i olur.
Java
universal dildir, *.class faylını bütün ƏS-lərdə istifade etmek olur. Biz artıq
windows-da yazdığımız kodun mac-də necə işləyəcəyini düşünməyimizə ehtiyac
qalmır. Bu problemi java ozu hell edir.
No comments:
Post a Comment