- JAVA yalnızca bir proqramlaşdırma dili deyil, bir platformadır, onun application tələblərini idarə etmək (qarşılamaq) üçün bir çox texnologiyalara malikdir: Mes: Servlet, JSP, EJB, JSF, JAX-RS, JAX-WS, JPA və s.
- Java öyrənmək üçün asandır:
- Asan olması üçün dizayn edilib. Çünki, insan dilinə yaxın proqramlaşdırma dilidir. Proqramlaşdırma dilləri ilk yarandığı gündən bu günə kimi inkişaf etməkdədir və maşın dilindən uzaqlaşmaq və insanın anlaması ucun daha da sadələşib. Java da bu nüansa xüsusilə toxunub.
- Yazmaq, compile etmək (Java kodlarının bytecode-a çevrilməsi prosesidir), debug (kodun istediyimiz sətrində icra olunan əməliyyatları araşdırmağa kömək edir. ) və s. daha sadədir.
- Java obyektyönümlüdür. Javada her şey bir obyektdir (Çünki default olaraq: every class extends Object class 👍) Bu modul proqramları və yazdığımız kodu yenidən istifadə etməyə imkan verir. Bu da təkrarçılığı azaldır və performansı artırır.
- Java platformadan (Windows, IOS, Linux və s.) asılı deyil. Ən əhəmiyyətli üstünlüklərindən biri isə bir kompüterdən digıərinə asanlıqla ötürülməsidir. "Bir dəfə yaz və hər yer də işlət" prinsipi ilə qurulan java işimizi çox asanlaşdırır. Çünki hər platforma üçün özünə uyğun JVM var və bu da standart bytecode-u bütün əməliyyat sistemlərində işlətməyə imkna verir.
Qisacasi, Java etibarlılığı (təhlükəsizliyi), istifadə rahatlığı, cross-platform imkanları və təhlükəsizlik xüsusiyyətləri sayəsində qlobal internet həlləri təmin etmək üçün seçim dilinə çevrilmişdir.
No comments:
Post a Comment